SİYASƏT


TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycanda seçkiqabağı ictimai-siyasi vəziyyət Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Dost və qardaş ölkənin informasiya agentlikləri, dövlət və özəl televiziya kanalları, qəzetləri Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti, Mərkəzi Seçki Komissiyasının qərarları, prezidentliyə namizədlərin mövqeyi haqqında ictimaiyyətə mütəmadi şəkildə ətraflı məlumatlar çatdırır. Türkiyə mediasının və siyasi şərhçilərin fikrincə, prezident vəzifəsinə ən real namizəd Azərbaycanın Baş naziri İlham Əliyevdir. Məhz buna görə onun hər bir çıxışı, kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələri Türkiyədə geniş işıqlandırılır. Avqustun 16-da “Radikal”, “Zaman”, “Axşam”, “Tərcüman” qəzetləri oxucularını Baş nazir İlham Əliyevin Assoşieyted Press agentliyinə verdiyi müsahibəsinin icmalı ilə tanış etmişlər. Qəzetlər Azərbaycanın 12-ci ildir ki, müstəqil bir dövlət kimi dünya tərəfindən tanındığını, ancaq bu dövr ərzində işğala, daxili toqquşmalara, dövlət çevrilişi cəhdlərinə məruz qaldığını xatırladaraq, İlham Əliyevin “bu şəraitdə demokratik inkişaf səviyyəsinin Qərb dövlətlərindəki kimi olduğunu söyləmək sadəlövhlük olardı. Ancaq ən başlıcası odur ki, biz bu istiqamətdə irəliləyirik, bu, bizim seçimimizdir” - sözlərini vurğulayırlar. İlham Əliyevin prezident seçkilərinin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün Azərbaycan hökumətinin bütün tədbirləri görəcəyini dediyini bildirən türk jurnalistləri Baş nazirin “Seçkiləri saxtalaşdırmağın hökumət üçün heç bir mənası yoxdur, çünki yaxşı bilirik ki, xalq bizi dəstəkləyir” – fikrini diqqətə çatdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.