SİYASƏT


TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
MİLLİ BAYRAM

Türkiyənin nüfuzlu və yüksək tirajlı qəzetlərində 28 May-Respublika günü münasibəti ilə bir sıra xəbərlər və məqalələr çap olunmuş, türk jurnalistləri və siyasi şərhçiləri bayram ilə əlaqədar Azərbaycan xalqına səmimi təbriklərini çatdırmışlar. Mayın 31-də “Öndər” qəzetində, Türkiyədə yaşayıb, işləyən həmvətənlimiz, alim və ictimai xadim, professor Yahya Daşdələnin “Milli Bayram” adlı məqaləsi çap olunmuşdur. Bu məqaləni bəzi ixtisarlarla diqqətinizə təqdim edirik.

“28 May Azərbaycanın azadlıq və müstəqillik bayramıdır. Bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyi hər il olduğu kimi, rəsmi qəbul keçirmiş və buraya Türkiyədə yaşayan yurddaşlarımızı, ölkənin mühüm vəzifələrdə işləyən dövlət və hökumət nümayəndələrini, silahlı qüvvələrin yüksək rütbəli zabitlərini, xarici ölkələrin səfir və diplomatlarını dəvət etmişdir.

Türkiyədə səfirliyi olan hər bir ölkə müxtəlif bayram münasibətləri ilə belə rəsmi qəbullar təşkil edir, ancaq Azərbaycanın Ankarada rəsmi bayram tədbirinin keçirməsi xüsusi əhəmiyyət daşıyır. Çünkü türk dünyasının böyük lideri Heydər Əliyevin şəxsiyyəti, siyasi düşüncələri və “Bir arada sülh şəraitində yaşama” anlayışı bu rəsmi qəbulun fəlsəfəsi idi.

Azərbaycanın milli bayramına həsr olunan rəsmi qəbulda geniş müzakirə edilən digər bir mövzu isə möhtərəm İlham Əliyevin müsbət siyasi xarakteri və təcrübəli siyasi addımları idi...

...Sözün qısası, bu rəsmi qəbula əhəmiyyət qazandıran xüsusiyyət ümummilli liderimiz Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyevin layiqincə davam etdirməsinin aləmdə təqdir edilməsinin təsdiqi oldu.

Azərbaycanlı qardaş və bacılarımızı xalqımız və diasporamız adından təbrik edirəm.

Yahya Daşdələn professor”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.