SİYASƏT
TÜRKİYƏ ŞİRKƏTİ İRAQI TƏRK EDƏCƏK
AZƏRTAC Anadolu İnformasiya Agentliyinə istinadla bildirir ki, Türkiyənin TEPE şirkəti girov götürülmüş əməkdaşlarının sağ qalması naminə İraqı tərk etmək qərarına gəlmişdir. Bu xəbəri avqustun 19-da şirkətin göndərdiyi rəsmi məlumat da təsdiq edir.
TEPE inşaat şirkəti Türkiyə vətəndaşı Ayətullah Gezmenin azadlığa buraxılmasını təmin etmək məqsədi ilə bütün işçilərini İraqdan çıxarmaq niyyətindədir.
Tərcüməçi işləyən Gezmen keçən ay şirkətin digər əməkdaşı Murat Yunusla birlikdə oğurlanmışdı. İkinci girov sonradan edam olunmuşdur.
Avqustun 19-da Türkiyənin NTV telekanalı videoyazını nümayiş etdirmişdir. Həmin videoyazıda Gezmen qəti şəkildə bildirir ki, şirkət 72 saat ərzində İraqı tərk etməsə, o, edam olunacaqdır.