TÜRKMƏNİSTANDA DƏYİRMİ DÖVLƏT GERBİNİ SƏKKİZBUCAQLI GERBLƏ ƏVƏZ ETMİŞLƏR
AzerTAg.az
AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistanda dəyirmi Dövlət gerbini şəkkizbucaqlı gerblə əvəz etimişlər. Gerbin yeni konturu ölkənin ali qanunverici orqanının – Xalq Məsləhətinin avqustun 15-də keçirilən iclasında yekdilliklə qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunla təsdiq olunmuşdur. Gerbin konturunu dəyişməyi təklif etmiş Türkmənistan prezidentinin sözlərinə görə, “səkkizbucaqlı fiqur, yaxud iki kəsişən kvadrat qədim dövrlərdən türkmənlərdə bolluq, sülh və əmin-amanlıq rəmzi sayılır”.
Gerbdə milli sərvət hesab edilən açılmış pambıq qozaları və buğda sünbülləri dəyişməz qalmışdır. Mavi dairənin mərkəzində müstəqil, bitərəf Türkmənistanın prezidenti Saparmurad Türkmənbaşının məşhur axaltəkə cinsindən olan “Yanardağ” adlı atının təsviri verilmişdir.
Səkkizbucaqlı fiqurun mərkəzində prezident hakimiyyətinin rəmzi – caynaqlarında məhv edilmiş ikibaşlı ilan tutan qızılı-sarı rəngli beşbaşlı qartal əks olunmuşdur. Bu kompozisiya “dövləti daxili və xarici düşmənlərdən qorumaq” rəmzidir.
Xəbərin mətnində orfoqrafik səhv var