SİYASƏT
TÜRKMƏNİSTAN PREZİDENTİ YEDDİ MİN DOXSAN ÜÇ MƏHBUSU ƏFV ETMİŞDİR
Türkmənistan Prezidenti Saparmurat Niyazov 7093 məhbusu əfv etmişdir. O, hüquq-mühafizə orqanları rəhbərlərinə tapşırmışdır ki, əfv olunan məhbusların noyabrın 21-nə - Qədir gecəsi gününə qədər öz evlərində olması üçün lazımi tədbirləri görsünlər. Saparmurat Hiyazov demişdir: “Quranda deyilir ki, Allah Qədir gecəsində insanların taleyi ilə bağlı qərar qəbul edir, bütün günahlar bağışlanır”.
Türkmənistanda Qədir gecəsi ərəfəsində amnistiya elan edilməsi 1998-ci ildən həyata keçirilir. Keçən il bayrama qədər 8 min məhbus əfv edilmişdir. Ümumiyyətlə, ölkədə müstəqillik elan olunduqdan sonra, yəni 12 il ərzində 120 min məhbus azad olunaraq doğma ocağına dönmüşdür.