MƏDƏNİYYƏT


TÜRKSOY-a üzv ölkələrin bəstəkarları beşinci dəfə bir araya gəlib

Bolu, 7 fevral, AZƏRTAC

Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin bəstəkarlarının beşinci görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə, Qazaxıstan və Qaqauz Yeri Muxtar Ərazi Qurumundan (Moldova) olan el sənətkarları da iştirak edirlər.

Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu şəhərinin Seben Bələdiyyəsinin sədri Süleyman Özbağ, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Baynur Qydyrbekin çıxışları olub.

Çıxışlarda TÜRKSOY-un “bəstəkarların görüşü” layihəsinin əhəmiyyətindən, o cümlədən Boludan keçirilən tədbirin mahiyyəti və vəzifələrindən danışılıb.

Sonra Aşıq Veysəl yaradıcılığına həsr olunan bədii proqram təqdim olunub.

Fevralın 15-dək davam edəcək görüşdə “Aşıq Veysəl ili-2019” tədbirlərinə bədii hazırlıq işləri görüləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bolu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.