TÜSİAB-IN İDARƏ HEYƏTİNİN YENİ ÜZVLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, TÜSİAB-ın İdarə heyətinin yeni üzvləri sədr Bataçar Baysal başda olmaqla martın 14-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək, abidəsi önünə əklil qoymuş, tər qərənfillər düzmüşlər.
Sonra onlar 1918-ci ildə Bakının işğaldan azad olunması uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər xiyabanını ziyarət etmişlər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulmuşdur.