DÜNYA
Tacikistan dağlarında helikopterin sərt enişi nəticəsində beş nəfər həlak olub
Düşənbə, 13 avqust, AZƏRTAC
Avqustun 12-də Tacikistan dağlarında sərt eniş edən Mİ-8 helikopterində olan 15 nəfərdən beşi – üç alpinist və iki ekipaj üzvü həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb. Helikopterdə olan alpinistlərdən 13-ü Rusiya, 1-i Belarus, digəri isə İspaniya vətəndaşı olub.
Helikopter 7495 metr hündürlükdə İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdarkən qəzaya uğrayıb. Zirvə keçmiş SSRİ məkanının ən hündür dağıdır.
Hazırda xilasedicilər həlak olan insanların və yaralananların Düşənbəyə aparılması istiqamətində iş aparırlar. Hadisənin səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]