DÜNYA


Tacikistanda həbsxanada qiyam nəticəsində üç nəzarətçi öldürülüb

Düşənbə, 20 may, АZƏRTAC

Ötən gecə Tacikistanın Vaxdat şəhərindəki ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində məhbuslar üç nəzarətçini öldürüb.

AZƏRTAC Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, İŞİD terror təşkilatının üzvləri kimi həbs olunan təxminən 30 məhbus bıçaq və digər kəsici alətlərlə silahlanaraq nəzarətçilərə hücum edib onların üçünü girov götürüblər.

Məhbuslar nəzarətçiləri qətlə yetirdikdən sonra qaçmağa cəhd edib, lakin onların qarşısı alınıb. Qiyam yatırılarkən məhbuslar arasında da öldürülənlər var, onların sayı haqqında hələ ki, heç nə deyilmir.

Məlumatda bildirilir ki, bu həbsxanada müxtəlif qruplaşmalarla əlaqəli olan 1500 məhbus saxlanılır.

Hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.