İDMAN


Taekvondo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 5 dekabr, AZƏRTAC

Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında start götürən taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar mübarizə aparıblar. Yekun nəticələrə görə, qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar. Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Xəyyam Ağayev (+87 kq) qalib olublar.

Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmənə qarşı igidliklə döyüşən taekvondoçularımız idmançılara dəstək üçün yarışlarda həm qonaq, həm də ədalət təmsilçisi kimi iştirak ediblər.

Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.