SİYASƏT
Tahir Budaqov: Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq mahiyyəti daşıyır
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu münasibətlər strateji əlaqələr səviyyəsindən daha yüksəyə qalxaraq, qardaşlıq mahiyyəti daşıyır. Bu əlaqələrin möhkəmlənməsində iki dövlətin başçıları - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında olan sıx münasibətlər mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş Türkiyə-Azərbaycan münasibətlərindən danışan bildirib ki, bu əlaqələrin dünyada bənzəri yoxdur. Belə səmimi münasibətlər ortaq keçmişimizdən qaynaqlanır.