DÜNYA


Tailandın aeroportlarında siqaret çəkmək qadağan edilib

Bakı, 4 fevral, AZƏRTAC

Tailandın altı əsas hava limanının sərnişin binalarında siqaret çəkmək qadağan edilib.

AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, bunlar paytaxt Banqkokun “Suvarnabhumi” və “Don Mıanq” hava limanları, populyar turizm bölgəsi olan Puketdəki aeroport, habelə Çianqmay, Hatyay and “Mefahlınq” hava limanlarıdır. Həmin hava limanlarının sərnişin binalarındakı siqaret çəkmək üçün otaqları ləğv edilib. Siqaret çəkmək yalnız binaların bayırındakı xüsusi ayrılmış məntəqələrdə mümkün olacaq.

Bildirilir ki, qadağa 2017-ci ildə qəbul edilmiş tütün nəzarəti haqqında qanunun tələblərinə uyğun tətbiq edilir. Qadağanı pozanlar 5 min Tailand bahtı (təxminən 160 ABŞ dolları) cərimə ödəməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.