REGİONLAR


Taksi sürücüsü Qusara dincəlməyə gələn müştərisinin pulunu oğurlayıb

Qusar, 17 avqust, Elxan Yusifli, AZƏRTAC 

Taksi sürücüsü onunla Qusara dincəlməyə gələn müştərisinin pullarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov polisə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollarının oğurlandığını bildirib.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti A.Məmmədovu istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib. Həmin sürücü Qusar RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.