MƏDƏNİYYƏT


Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Ruslan Ağababayev etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertin qonaq ifaçıları olublar.

Qeyd edək ki, Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasınının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.