MƏDƏNİYYƏT
Tanınmış şair-publisist Əli Rza Xələflinin yeni kitabı işıq üzü görüb
Bakı, 20 fevral, AZƏRTAC
Tanınmış şair-publisist Əli Rza Xələflinin “Özü Hikmət, sözü hikmət” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Vətən” nəşriyyatında çap edilən kitab geologiya elmində özünəməxsus yeri olan alim-şair Hikmət Mahmudun vəfatından sonra, onun həyat və yaradıcılığına həsr edilmiş ikinci kitabdır.
Müəllif kitabda H.Mahmudun “Çiçəklərin intizarı”, “Danışanda-güləndə”, “Qocalmağa tələsmə”, “Könül açan söz deyək”, “Dünya, sənin nəyin yoxdur...”, “Qıyma gözəlliyə”, “Mənim yaddaş kitabım”, “Karvan yolu” kimi kitablarında dərc edilmiş əsərlər haqqında geniş məlumat verir. Kitabda onun hələ sağlığında oxucu sevgisi qazandığını, istər elm sahəsində, istərsə də ədəbi mühitdə uğurlarından bəhs olunur. Hikmət Mahmudun həmişə nigaran və narahat bir şair kimi insanın ruhunun, təbiətin saflığının qorunması keşiyində durduğunu oxucuların nəzərinə çatdırır.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Elçin Mehrəliyev, rəyçisi filologiya elmləri doktoru, professor Yədulla Ağazadədir.