CƏMİYYƏT
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Bakı, 9 iyun, AZƏRTAC
Bu il fevralın 19-da Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ibtidai istintaqla 1982-ci il təvəllüdlü Taleh Əhmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Samirə Məmmədzadəyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Taleh Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.