ELM VƏ TƏHSİL
Tarix Muzeyində Daşaltı kəndini əks etdirən fotoneqativ qorunur
Bakı, 18 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Şuşa şəhəri yaxınlığında yerləşən Daşaltı kəndini əks etdirən fotoşəklin neqativi saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, şəklin alınma tarixi 1954-cü ilə aiddir. Qeyd edək ki, Daşaltı kəndinin əsası XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın vaxtında qoyulub. Daşaltı 1991-ci ildə erməni silahlı dəstələri tərəfindən işğal olunsa da, 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri kəndi azad edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]