ELM VƏ TƏHSİL


Tarix Muzeyində “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərə başlanılıb

Bakı, 14 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi” layihəsi çərçivəsində silsilə görüşlərin keçirilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirilir.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları Qənirə Qafarlı və Kubra Dadaşova tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində mühazirə təşkil olunub.

Qənirə Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi" mövzusunda mühazirə oxuyub. Slaydlarla müşayiət olunan mühazirədə Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən materiallar, həmçinin muzeyin ekspozisiyası və fondları haqqında ətraflı məlumat verilib.

Mühazirə şagirdlərin yaş qrupuna uyğun olaraq iki mərhələdə təşkil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.