ELM VƏ TƏHSİL


Tarix Muzeyində Şuşa qalasının gümüş açarı saxlanılır

Bakı, 12 noyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı saxlanılır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, açarlar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülüb, müxtəlif yollarla Azərbaycandan çıxarılıb və 1888-ci ildə Tiflisdə açılmış Qafqaz Hərb Tarixi Muzeyinə verilib. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və şəhər-qalaların açarları da Tarix Muzeyinə təhvil verilib.

Şuşa qalasının açarları gümüşdən hazırlanaraq qızılı, gümüşü saplarla toxunmuş qotazlarla işlənib. Muzeydə qorunan bu açarlar Şuşa şəhərinin tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.