DÜNYA


Tatarıstanda məktəbdə atışma nəticəsində 7 uşaq ölüb

Moskva, 11 may, AZƏRTAC

Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatına görə, Kazan məktəbində atışma zamanı 7 uşaq həlak olub, 16 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Tatarıstan Prezidenti Rüstəm Minnixanov jurnalistlərə açıqlamasında hadisə nəticəsində 4 oğlan və 3 qızın həlak olduğunu bildirib.

Rusiya MAK-ın məlumatına görə, hadisə bir nəfər tərəfindən törədilib. Rusiya Prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib. Mayın 12-si Tatarıstanda matəm günü elan olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.