İDMAN


Tatarıstanın hakimiyyət orqanları Kazanın 2023-cü ildə UEFA Superkubokuna ev sahibliyi etmək iddiasını təsdiqləyib

Bakı, 9 oktyabr, AZƏRTAC

Tatarıstanın hakimiyyət orqanları Kazanın 2023-cü ildə Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Superkubokunun keçirilməsinə ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparmaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Tatarıstan Prezidentinin mətbuat xidməti rəhbərinin müavini Liliya Qalimova bildirib.

“Hələ ki, söhbət 2023-cü ilin Superkubokundan gedir. Yaddan çıxarmaq lazım deyil ki, biz Kazanda su idmanı növləri üzrə dünya birinciliyinin keçirilməsi ilə bağlı Beynəlxalq Üzgüçülük Federasiyası ilə (FINA) paralel iş aparırıq. Beləliklə, biz dünya idman yarışlarının keçirilməsi üzrə yaxın illər (ən azı 5 il) üçün sistemli plan qururuq”, - deyə L.Qalimova bildirib.

Qalimova vurğulayıb ki, cari il avqustun 14-də Tatarıstan Prezidenti Rüstəm Minnixanov İstanbulda UEFA prezidenti Aleksander Çeferinlə görüşüb. Görüşdə Superkubokun Kazanda keçirilməsi imkanları müzakirə edilib.

UEFA Superkuboku 1973-cü ildən oynanılır. İlk dəfə bu mükafatı Hollandiyanın “Ayaks” komandası qazanıb. 1999-cu ilədək bu mükafat uğrunda Avropa Çempionları Kubokunun və Kuboklar Kubokunun sahibləri arasında mübarizə gedirdi. Son 20 il ərzində bu mükafat uğrunda Çempionlar Liqasının və UEFA Kubokunun çempionları mübarizə aparırlar. 1988-ci ildən 2012-ci ilədək Superkubok uğrunda oyun Monakoda, 2013-cü ildən başlayaraq Avropanın müxtəlif stadionlarında keçirilir. Rusiyada buna bənzər matç bir dəfə də olsun təşkil olunmayıb. 2019-cu ildə mükafat uğrunda matçlar Türkiyənin “Beşiktaş” klubunun yeni stadionunda, 2020-ci ildə Portuqaliyanın Portu şəhərinin “Draqau” stadionunda, 2021-ci ildə isə Şimali İrlandiyanın Belfast şəhərindəki “Uindzor Park” stadionunda təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.