DÜNYA


Tayvanda yaşayış binasında baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Bakı, 14 oktyabr, AZƏRTAC

Tayvanın cənubunda yerləşən Qaosyun şəhərində yaşayış binalarının birində baş verən yanğın nəticəsində azı doqquz nəfər həlak olub, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC Tayvanın Mərkəzi İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Yançen rayonunda qeydə alınan yanğın artıq söndürülüb.

İlkin məlumata görə, yanğın binanın birinci mərtəbəsində başlayıb və tez bir zamanda bütün binaya yayılıb. 13 mərtəbəli binada həm ticarət obyektləri, həm də yaşayış mənzilləri olub. Buradakı 120 mənzildə əsəsən az təminatlı, yaşlı insanlar yaşayırdı.

Hazırda yanğınsöndürənlər binada axtarış aparır. Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Hadisə yerinə gələn Qaosyun şəhərinin meri Cen Simay çoxfunksiyalı binanın 1981-ci ildə tikildiyini və əvvəllər birinci mərtəbədən altıncı mərtəbəyədək bir neçə kinoteatr, restoran və karaoke klubunun yerləşdiyini bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.