DÜNYA


Tbilisi beynəlxalq aeroportunda fövqəladə vəziyyət yaranıb

Tbilisi, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də saat 19:00 radələrində Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda fövqəladə vəziyyət yaranıb.

AZƏRTAC xəbər verir ki, naməlum şəxs hava limanında təhlükəli çanta və çantada partlayıcı maddə olması ehtimalı barədə “112” çağrı mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyə olunublar. Başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinlər təyyarələrdən kənara buraxılmır.

Əldə olunan məlumatlara görə, hava limanının ərazisində partlayıcı maddə axtarılır.

Hava limanının mətbuat xidmətindən hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Hadisə yerində polis təhqiqat aparır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.