SİYASƏT


Tbilisidə Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Tbilisidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Gürcüstanın Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Konsul əlaqələri haqqında Vyana Konvensiyasının həyata keçirilməsi, konsulluq əlaqələri sahəsində, həmçinin hər iki ölkənin hüquq-mühafizə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Miqrasiya məsələləri üzə əməkdaşlıq, vətəndaşlara mülki, ailə və cinayət işlərində hüquqi yardımın göstərilməsi məsələsi də xüsusi diqqət mərkəzində olub.

Konsulluq idarələrinin rəhbərləri təhsil və sərhədlərin qorunması sahəsində ikitərəfli saziş və layihələri də nəzərdən keçiriblər.

Bununla yanaşı, işğal olunmuş ərazilərdə vətəndaşların qanunsuz səfərlərinin qarşısının alınmasında və separatçı qurumların təqdim etdiyi sənədlərin tanınmaması üzrə sıx əməkdaşlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Tərəflər məlumat və təcrübə mübadiləsi üçün konsulluq məsləhətləşmələrinin hər il keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə XİN-nin Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Gürcüstan nümayəndə heyətinə isə XİN-nin Konsulluq idarəsinin rəisi Giorgi Tabatadze rəhbərlik edib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.