Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir

Tbilisi, 14 aprel (AZƏRTAC). Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir. “Ekspo-Georgia” sərgi mərkəzində ölkədə istehsal olunan məhsullar haqqında təsəvvür yaradan stendlər də nümayiş etdirilmişdir.

Tədbirdə altı ölkədən nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm idarəsinin rəisi Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdu.

A.İsmiyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, GUAM ölkələri ilə Yaponiya arasında turizmin inkişafı sahəsində mövcud olan layihə üzərində iş aparılır. Məqsəd GUAM ölkələrinə Yaponiyadan turistlər cəlb etməkdir. Yaponlar turizmi xoşlayan xalqdır. Onlar səfərə çıxdıqları zaman bir ölkə ilə kifayətlənmirlər, bütün bölgəyə səyahət etməyə üstünlük verirlər. Ekspertlər səviyyəsində tərtib olunmuş sənədlər qurum rəhbərləri tərəfindən müzakirə olunub imzalanmışdır. Bunun ölkəmizdə turizmin daha da inkişafına xidmət edəcəyinə əminəm.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili də təəssüratını bölüşmüşdür: Zənnimcə həm təşkil olunmuş sərgi, həm də toplantı yalnız Gürcüstanda deyil, bütün bölgədə, o cümlədən Azərbaycanda da turizmin inkişafına öz töhfəsini verəcəkdir. Məqsəd GUAM ölkələri turizm idarələri rəhbərlərinin gələcək əməkdaşlığını daha da inkişaf etdirmək üçün müzakirələr aparmaqdır. Bu görüşdə turizm sahəsində gələcək fəaliyyət planı əks olunmuş Tbilisi bəyannaməsi imzalandı. Həmçinin burada GUAM ölkələrinə Yaponiyadan turistlərin cəlb olunması yollarına da diqqət yetirildi. Bir sözlə, həm işçi qrup, həm də turizm idarələrinin rəhbərləri məhsuldar işləmiş, səmərəli müzakirələr aparmışlar.

GUAM-ın baş katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə münasibət bildirərkən qeyd etmişdir ki, hər bir münaqişədə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində də danışıqlar formatı mövcuddur. Biz münaqişələrin hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normaları və ölkənin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə tərəfdarıq. Çalışırıq ki, GUAM məkanında mövcud münaqişələrin tənzimlənməsinə dünya ictimaiyyətinin diqqətini cəlb edək. Bu münaqişələrin tənzimlənməməsinin yalnız GUAM dövlətləri üçün deyil, beynəlxalq təhlükəsizliyə də əngəl törətdiyini diqqətə çatdırırıq. GUAM münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etmir. Lakin biz dünya ictimaiyyətinin bu məsələlərə bizim mövqeyimiz baxımından yanaşması yönümündə fəaliyyət göstərir və çalışırıq ki, GUAM məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edək. Azərbaycanda Qarabağ kimi, Gürcüstan da turizm baxımından cəlbedici məkan olan Abxaziyaya nəzarət edə bilmir. Lakin buna baxmayaraq biz turizmi inkişaf etdirməliyik, çünki onun inkişafı ilə ölkədə bank, nəqliyyat, tikinti, kənd təsərrüfatı, emal müəssisələri, restoran biznesi kimi sahələr də inkişaf edir. Ümidvaram ki, vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağda, Gürcüstan isə Abxaziyada turizm potensialının artırılması qayğısına qalacaqdır.

GUAM katibliyinin iqtisadi məsələlər üzrə proqramının əlaqələndiricisi Səbuhi Temirov tədbir haqqında daha geniş məlumat vermişdir: “Bu, turizm üzrə artıq doqquzuncu görüşdür. Bizim bir sıra layihələrimiz vardır ki, onlardan biri də GUAM ölkələrində turizmin daha da inkişaf etdirilməsidir. Layihənin məğzi GUAM – Yaponiya əməkdaşlığı çərçivəsində GUAM ölkələrinə Yaponiyadan turistlərin cəlb edilməsidir. Bu istiqamətdə Yaponiya ilə çox fəal iş aparılır və artıq əməli fəaliyyət planı hazırlanmışdır. Azərbaycan Respublikası belə tədbirlərdə olduqca fəal iştirak edir. Ötən il belə bir toplantı Azərbaycanda keçirilmiş və müvafiq fəaliyyət proqramı tərtib olunmuşdur. İndi həmin proqrama bir daha nəzər salındı, yerinə yetirilmiş müddəalar çıxarıldı, qalanları isə bu il üçün nəzərdə tutulan fəaliyyət planına daxil edildi. Azərbaycan layihələrin həyata keçirilməsində fəallıq göstərir. Layihənin başlanğıcından Azərbaycan GUAM çərçivəsində turizm əməkdaşlığı sahəsində əlaqələndirici ölkədir. Bu ildən isə əlaqələndirici funksiyası Gürcüstana keçir. Tbilisi görüşündə protokol və gələcək fəaliyyət planı əks olunan bəyannamə imzalandı”.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə iştirak etmişdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə