DÜNYA


Tbilisidə açılan “Səmada nahar” restoranı qonaqların marağına səbəb olub

Tbilisi, 24 may, AZƏRTAC

Məşhur “Dinner İn The Sky” şirkətinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində açdığı “Səmada nahar” restoranı böyük marağa səbəb olub.

AZƏRTAC xəbər verir ki, Tbilisinin Kocori qəsəbəsində açılmış bu restoran hamı üçün əlçatan olmasa da, böyük maraqla qarşılanıb.

Yerdən 50 metr hündürlükdə xüsusi qaldırıcı kranda yerləşdirilmiş ictimai iaşə obyekti (restoran) eyni vaxtda 22 nəfərə xidmət göstərir. Bir müştəri üçün qiymət isə 199 laridən 345 lariyə qədər dəyişir (təqribən 72-124 dollar).

Restoranda müştərilərə əsasən gürcü mətbəxinin təamları və gürcü şərabı təklif olunur.

Açılış mərasimindən keçən bir həftə ərzində “Səma restoranı”nı 100-dən çox qonaq ziyarət edib.

“Dinner İn The Sky” şirkəti bu restoran üçün 5 milyon dollar sərmayə qoyub. Şirkət ikinci belə bir restoranı 2020-ci ildə Batumidə açmaq niyyətindədir.

Məlumat üçün qeyd edək ki, ilk “Səmada nahar” restoranı 2006-cı ildə Belçikada açılıb.

Gürcüstan bu cür ekstremal məkanın istifadəyə verildiyi 71-ci ölkədir.

Restoran yalnız yaz və yay mövsümlərində işləyəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.