MƏDƏNİYYƏT


Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc azərbaycanlı rəssam Fuad Babazadənin əsərlərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində Gürcüstanın mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, tələbə-gənclər iştirak ediblər.

Bildirilib ki, sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur. Gənc rəssamın yağlı boya və portret üslubunda çəkdiyi rəsmlər maraqla qarşılanıb. Rəssamı təbrik edənlər, onun yaradıcılığının parlaq gələcəyi olduğunu bildiriblər.

Gürcüstan Rəssamlıq Akademiyasında ağac üzərində oyma sənətinə yiyələnən rəssamın əl işlərinə böyük maraq var.

 

Xətayi Əzizov

AZƏRTAC-ən xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.