DÜNYA


Tbilisidə müxalifətin etiraz aksiyası yenidən bərpa olunub

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstanın birləşmiş müxalifəti paytaxt Tbilisidə, ölkə parlamentinin binası önündə etiraz aksiyasını noyabrın 16-da bərpa edib.

AZƏRTAC xəbər verir ki, aksiyaya mindən çox insan qatılıb. İştirakçıların əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Müxalifət, həmçinin ölkədə müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edir.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Müxalifət noyabrın 17-də saat 15:00-da ölkə üzrə ümumxalq yürüşü və böyük mitinq keçirmək barədə qərar qəbul edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.