DÜNYA


Tbilisidə zəlzələ olub

Tbilisi, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də saat 17:36-da Tbilisidə zəlzələ baş verib.

AZƏRTAC İlya Cavaxişvili adına Yerin Təkinin Öyrənilməsi Dövlət Universitetinə istinadla xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 2.9 bal gücündə olub.

Zəlzələnin episentri Gürcüstanın paytaxtı Tbilisidən 11 kilometr aralıda Patara Lilo ərazisində olub. Şəhərin Varketili və Lilo rayonlarında yeraltı təkanlar daha çox hiss edilib.

Dağıntı və tələfat barədə hələlik heç bir məlumat yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.