MƏDƏNİYYƏT


Teatr Muzeyində tədbir - “Bir günəşin altında”

Bakı, 19 may, AZƏRTAC

Hər il 18 may tarixində dünya muzeyləri Beynəlxalq Muzeylər Şurasının (İCOM) eyni bir devizi altında birləşərək öz peşə bayramını qeyd edirlər. Bu il üçün elan olunmuş “Muzeylər, dayanıqlılıq və rifah” şüarı özlüyündə vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişaf və rifah üçün malik olduğu bütün transformativ potensialını həyata keçirməyə dəvət edir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir günəşin altında” adlı tədbir keçirilib.

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə reallaşan tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərindən ibarət sərgi açılıb. Sonra iştirakçılar müxtəlif janrlarda musiqi nömrələri ilə də çıxış ediblər. Çıxışçılara muzey tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Həmçinin “Açıq qapı” günü çərçivəsində muzeyə gələn qonaqların sayında artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.