Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Teatr və konsert müəssislərinin yeni mövsümdə fəaliyyəti müzakirə olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə teatr və konsert müəssislərinin yeni mövsümdə fəaliyyətinə həsr olunmuş görüş keçirilib. Görüşdə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, teatr və konsert müəssisələrinin direktorları, baş rejissorlar və digər məsul əməkdaşlar iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Ədalət Vəliyev son illər ölkəmizdə mədəniyyət ocaqlarının, teatr və konsert müəssislərinin inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, son 10 il ərzində Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində böyük işlər görülüb. 2006-cı ildə Azərbaycanda teatr haqqında qanun qəbul olunub. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalanıb. O cümlədən 2009-cu ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan teatrının inkişafı ilə bağlı Dövlət proqramı təsdiq olundu: “MDB və Avropa məkanında ilk dəfə idi ki, teatrın inkişafına dair 10 illik Dövlət proqramı hazırlanırdı. Proqramda Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar qurumları, icra strukturlarının qeyd olunan dövrdə görəcəyi işlər sistemləşdirildi. İlk olaraq Bakıda əsaslı təmirinə ehtiyac duyulan, yaradıcılıq şəraitinin yaxşılaşdırılması vacib bilinən teatrların binaları yenidən quruldu. Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı təmir-bərpa olundu. Sonrakı mərhələdə regionlarda olan teatrların - Şəki, Mingəçevir, Ağdam və Füzuli teatrlarının binalarının əsaslı təmiri və yenidən qurulmasına başlanıldı. Pantomim, İrəvan və Şuşa teatrları üçün binalar ayrıldı. Hazırda Şuşa teatrının binasında təmir-bərpa işləri davam etdirilir. Uzun illərdən bəri hüquqi ünvanı olmayan, binasız fəaliyyət göstərən Sumqayıt teatrına hüquqi ünvan verildi. Eyni zamanda, teatr-konsert müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, onların musiqi alətlərinə və teatr dəzgahlarına olan ehtiyacları tam ödənildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bakı Dövlət Sirkinin də binalarının layihə-smeta sənədləri hazırlanıb. O binalar da yenidən qurulacaq. 2006-cı ildə Heydər Əliyev Sarayı ən müasir tələblər səviyyəsində yenidən quruldu. Filarmoniya əsaslı təmir olundu, Orqan musiqisi zalı yenidən bərpa edildi. Qarşıdakı aylarda Gəncə Filarmoniyasının yeni binasının açılması gözlənilir”.

Ədalət Vəliyev qeyd etdi ki, həyata keçirilən çoxsaylı tədbirlərdən biri də 2010-cu ildə Bakıda I Beynəlxalq Teatr Konfransının keçirilməsi idi: “Ölkəmiz birinci konfransa ev sahibliyi etməklə ilk təcrübəsini qazandı, mühüm bir mərhələni adladı. Hesab edirəm ki, ötən müddətdə keçirilmiş konfranslar uğurlu olub”.

Diqqətə çatdırılıb ki, 2006-cı ilin yanvarından 2017-ci ilin avqust ayınadək teatrlarımız 1042 adda tamaşa hazırlayıblar. Bunun 215-i dövlət vəsaiti hesabına, 827 tamaşa isə teatrların daxili imkanları hesabına ərsəyə gətirilib. Bu müddət ərzində teatrlarımız 30 ölkədə qastrol səfərlərində olub. Eyni zamanda, dövlətimizin dəstəyi ilə 29 ölkədən Azərbaycana teatr kollektivləri dəvət edilib.

Nazir müavini ötən müddətdə də sənət adamlarının ölkə başçısının daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib: “Qeyd etmək yerinə düşər ki, 928 nəfər müxtəlif fəxri adlara, orden və medallara layiq görülüb. 91 nəfər sənətçimiz Prezidentin ömürlük təqaüdünü alır. Hər il 150 nəfər Prezident təqaüdü alır. Nazirliyin vəsaiti hesabına 26 nəfər rejissor, səs rejissoru, rəssam, işıq üzrə mühəndislik üzrə 6 xarici ölkədə staj keçməyə göndərilib”.

Vurğulanıb ki, musiqi sahəsində də uğurlu işlər həyata keçirilib. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və digər qurumların iştirakı ilə iki ildən bir Beynəlxalq Muğam Festivalı keçirilir. İki ildən bir Qara Qarayev adına Müasir Musiqi Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, hər il Qəbələ Beynəlxalq Musiqi Festivalı, hər ilin sentyabrında isə 10 gün ərzində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

Tədbirdə teatr və konsert müəssisələrinin əldə etdikləri nailiyyətlər, işdə yol verilən nöqsanlardan da söz açılıb. Qeyd olunub ki, həyata keçirilən uğurlu işlər davam etdirilməli, yol verilən nöqsanlar isə bir daha təkrarlanmamalıdır.

Ədalət Vəliyev yeni mövsümün açılışı ərəfəsində teatr-konsert müəssisələrinin əməkdaşlarına tapşırıq və tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib