DÜNYA


Təbriz-İstanbul aviareysləri bərpa edilib

Tehran, 26 oktyabr, AZƏRTAC 

Təbriz-İstanbul-Təbriz aviareysləri bərpa olunub. Həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Təbriz-İstanbul, digər günlərində isə İstanbul-Təbriz istiqamətində uçuşlar həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Təbriz hava limanının rəisi Ramin Azəri deyib. O bildirib ki, sərnişinlərin sağlamlığını qorumaq məqsədilə sosial məsafənin gözlənilməsi təmin ediləcək. Tibbi maskası olmayan sərnişinlərin hava limanına daxil olması qadağandır. Bundan başqa, hava limanına daxil olanların hərarəti ölçüləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar cari il fevralın 24-də Təbriz-İstanbul-Təbriz reysləri dayandırılmışdı.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.