CƏMİYYƏT


Təbrizli deputat: Hökumət Azərbaycan dili ilə bağlı verdiyi sözü yerinə yetirməlidir

Tehran, 27 noyabr, AZƏRTAC

Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökumət Azərbaycan dili institutunun açılmasına şərait yaratmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlament) Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi deyib. İran Aşıqlar Birliyinin konfransında çıxış edən deputat diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində Təbrizə səfər edən Həsən Ruhani seçicilərə Azərbaycan dili institutunun açılacağı haqqında söz vermişdi. H.Ruhaninin rəhbərlik etdiyi hökumət verdiyi sözü tutmalıdır.

Ə.Beygi bildirib ki, dil institutunun açılması İranın mədəniyyətinin zənginliyini göstərəcək. Onun sözlərinə görə, Azərbaycan dili müxtəlif ölkələrdə yaşayan xalqların bir-biri ilə ünsiyyətində işlədilən dildir. Bu səbəbdən də Azərbaycan dili institutunun açılması İranın mədəniyyətinə zənginlik bəxş edər.

Xatırladaq ki, 2013-cü ildə İranda keçirilən prezident seçkilərində namizəd olan Həsən Ruhani Təbrizdə seçiciləri ilə görüşündə bildirmişdi ki, seçiləcəyi təqdirdə Təbriz Universitetində Azərbaycan dili fakültəsinin açılması haqqında sərəncam verəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.