İDMAN


Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Bakı, 12 may, Nicat Məmmədov, AZƏRTAC

Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 55 kiloqrama qədər olan atletlər mübarizəyə qoşulublar.

Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Qobustan rayonunu təmsil edən Tehran Məmmədov toplam 196 kiloqram (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. İkinci pillədə toplam 190 kiloqram (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kiloqram (80+96) nəticə ilə Əvəz Tağıyev tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.