DÜNYA


Tehranda tələbələr aksiya keçirib

Tehran, 28 yanvar, AZƏRTAC.

Bu gün Tehran Universitetinin bir qrup tələbəsi BMT-nin Tehrandakı nümayəndəliyi qarşısında aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada yerli tələbələrlə yanaşı, universitetdə təhsil alan xarici tələbələr də iştirak ediblər. Aksiya iştirakçıları BMT-dən Yəməndə hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, Yəməndə davam edən hərbi əməliyyatlar zamanı 16 min günahsız insan həlak olub, 1 milyona yaxın yəmənli isə doğma evini tərk etmək məcburiyyətində qalaraq qaçqın vəziyyətinə düşüb.

Aksiyaçılar yazılı tələblərini BMT-nin Tehrandakı nümayəndəliyinin əməkdaşına təqdim ediblər.

Aksiya insidentsiz başa çatıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.