ELM VƏ TƏHSİL
Təhsil İnstitutu sertifikasiya imtahanlarına hazırlaşanlar üçün seminarlara başlayır
Bakı, 16 may, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarlara start verir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.
Həftə ərzində bir neçə dəfə olmaqla mütəmadi şəkildə keçirilməsi planlaşdırılan seminarlar ilkin olaraq fizika fənnindən imtahanlara hazırlaşan şəxsləri əhatə edəcək.
Mayın 18-də fizika fənni üzrə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/FeRFt3XqWhbcnw9NA
Müraciətlər mayın 17-dək qəbul olunur.
Seminarlar institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzində təşkil olunacaq və 2 saat davam edəcək.