ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir

Bakı, 18 mart, AZƏRTAC

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı qeyd olunan imkanları yaradır:

-Videobağlantı vasitəsilə məsafədən təhsil vermə;

-Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

Böyük həcmli materialların yerləşdirilməsi;

-Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

-Qiymətləndirmənin aparılması alətlərində istifadə;

- Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişsizdir.

Ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığı aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.