ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” onlayn müzakirə təşkil olunacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirakı ilə keçiriləcək onlayn görüşdə dərsliklərin mövcud vəziyyəti və bu sahədə Sinqapur təcrübəsi müzakirə ediləcək.

Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, institutun direktor müavini Ülkər Babayeva, Sinqapurun “Alston” nəşriyyat evinin nümayəndəsi Vi Çi Sim, “Marshall Cavendish” nəşriyyat evinin nümayəndəsi Xairi Salehuddin Bin Abdullah və dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.

Müzakirələri Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.