ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi media nümayəndələri üçün videohekayə müsabiqəsi keçirir

Bakı, 24 may, AZƏRTAC

Təhsil Nazirliyi media nümayəndələri üçün “Biz Şuşadan danışırıq” mövzusunda videohekayə müsabiqəsi keçirir. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə sərəncamlarına və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq təşkil edilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.

Üç nominasiya - ən yaxşı süjet, ən yaxşı videoreportaj, ən yaxşı videomüsahibə üzrə keçirilən müsabiqəyə dair tələblər aşağıdakılardır:

- Müsabiqədə media nümayəndələri iştirak edə bilər;

- Videolar 3 dəqiqədən artıq olmamalıdır;

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 27-dək [email protected] ünvanına göndərməlidir;

- Hər iştirakçı bir videohekayə göndərə bilər;

- Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.