REGİONLAR


“Təhsil avtobusu”nun ilk ünvanı Qubadır VİDEO

Quba, 17 iyul, Elxan Yusifli, AZƏRTAC

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu–2018” yay məktəbinə iyulun 17-də Qubada start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində yay məktəbinin iyulun 17-dən 23-dək davam edəcəyi bildirilib. “Təhsil avtobusu” Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

Layihənin meneceri Ülviyyə Axundova çıxışı zamanı bildirib ki, "Təhsil avtobusu-2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli və orta məktəblərinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, onların dərsə maraqlarının artırılmasına şərait yaratmaqdır.

Yay məktəbinə ölkəmizin 5 bölgəsindəki məktəblərin akademik göstəriciləri zəif və orta olan VII-IX sinif şagirdləri cəlb olunacaq. Məktəblilərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Açılış mərasimindən sonra layihənin icrasına start verilib.

Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

“Təhsil avtobusu–2018” yay məktəbi layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı”, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Yay məktəbinin növbəti ünvanı Masallı şəhəri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.