ELM VƏ TƏHSİL


Təhsil işçiləri zərərli vərdişlərlə mübarizəyə dair təlim keçiblər

Bakı, 19 noyabr, AZƏRTAC 

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizənin və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub. Təlimlərə uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 nəfər cəlb edilib.

Təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji işçilərin zərərli vərdişlərlə mübarizə barədə maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub.

Təlimlər təhsildə psixososial xidmətin təşkili, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, məişət zorakılığı zamanı ilkin yardım alqoritmləri və digər mövzuları əhatə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.