ELM VƏ TƏHSİL


Təhsil naziri: Vaksinasiya prosesi nəticəsində təhsilin davamlılığını saxlaya bilirik

Bakı, 2 dekabr, AZƏRTAC

Son məlumata görə, il ərzində yeni növ koronavirus pandemiyası səbəbindən 62 məktəb distant təhsilə keçirilib. Hazırda onlardan təxminən 10 məktəb distantdır. Demək olar ki, əksər məktəblər ənənəvi təhsilə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bunu UNEC İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində təhsil naziri Emin Əmrullayev söyləyib.

Nazir qeyd edib ki, hazırda koronavirusa görə daha az sayda sinif və daha az sayda məktəb bağlanır. Çünki bu xəstəliyə yoluxanların sayı azalır. Yoluxmanın azalmasının səbəbi vaksinasiya prosesinin yüksək səviyyədə olması ilə əlaqədardır. Məktəblərdə müəllimlərin 90 faizdən çoxunun vaksinasiyaya cəlb olunması nəticəsində təhsilin davamlılığını saxlaya bilirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.