ELM VƏ TƏHSİL


Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunan UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Dayanıqlı İnkişaf naminə təhsil” mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azule, BMT Baş katibinin müavini Amina Mohammed, bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak ediblər.

Tədbir zamanı Muxtar Məmmədov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə danışıb.

Nazir müavini, həmçinin ötən il Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həlak olmuş və yaralanmış şagird və müəllimlər, habelə zərər dəymiş təhsil müəssisələri barədə danışıb. Muxtar Məmmədov təhsil müəssisələrinin bərpa olunması istiqamətində zəruri addımlar atıldığını və münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətində təhsilalanlara və təhsilverənlərə sosial-psixoloji dəstək göstərildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.