ELM VƏ TƏHSİL


Təhsil sahəsində UNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub VİDEO

Paris, 13 noyabr, AZƏRTAC

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.

Stefania Ciannini ölkəmiz və təmsil etdiyi qurum arasında təhsil sahəsində əməkdaşlıqdan söz açaraq onu yüksək qiymətləndirib. O, əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.