ELM VƏ TƏHSİL


Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda Tresi Börns məruzə ilə çıxış edəcək

Bakı, 6 oktyabr, AZƏRTAC

Noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək.

Təhsilin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, forumunun növbəti məruzəçisi ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş Tədqiqat üzrə Direktoru Tresi Börnsdür.

T.Börns İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin Tədqiqat şöbəsinin rəhbəri, UNESCO-nun Təhsilin Gələcəyi üzrə Beynəlxalq Komissiyasının eksperti olub. O, həmçinin “Gələcək üçün hansı məktəblər? Qeyri-müəyyən dövr üçün liderlik”, “Təhsili formalaşdıran trendlər 2022”, “Təhsilin gələcəyi: 4 İƏİT ssenarisi”, “Rəqəmsal dövrdə təhsil: xoşbəxt və sağlam uşaqlar, emosional rifah” kimi bir sıra kitab, məqalə və hesabatların müəllifidir.

İƏİT-də işlədiyi vaxta qədər o, yeni doğulmuş körpələrdə dil bacarıqlarının formalaşması ilə bağlı araşdırma aparıb və uşaq inkişafı üzrə mükafata layiq görülüb.

Dünyaşöhrətli mütəxəssis Kanadanın McGill Universitetində bakalavr, ABŞ-ın Şimal-Şərq Universitetində eksperimental psixologiya üzrə doktorantura təhsili alıb.

Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilində tərcümə olunacaq.

Qeydiyyat üçün linkə keçid etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.