İQTİSADİYYAT


Tələbələr Azərbaycan Dövlət Reklam Agentliyində işlə təmin oluna bilərlər

Bakı, 27 may, AZƏRTAC

ADA, o cümlədən Bakı Mühəndislik universitetlərinin informasiya texnologiyaları (IT) və mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs, eləcə də magistr tələbələri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) işlə təmin olunmaq şansı qazanıblar.

ADRA-dan AZƏRTAC-a bildirilib ki, agentliyə müraciət edən tələbələr arasından seçilən 11 nəfər agentlikdə 3 aylıq təcrübə proqramına cəlb edilib. Proqramda uğurlu nəticə göstərənlər agentliyin əməkdaşına çevriləcəklər. Təcrübə proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə tələbələrə agentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Proqrama cəlb edilən tələbələrlə 3 aylıq əmək müqaviləsi imzalandıqdan sonra ADRA-nın direktor müavini Orxan Əliyev iştirakçılara uğurlar arzulayıb. O, gənclərə agentliyin yeni ideya və təşəbbüslərə açıq olduğunu bildirərək onlara bu yöndə aktivlik nümayiş etdirməyi tövsiyə edib. Gələcəkdə bu cür təcrübə proqramlarının davam etdiriləcəyi vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.