ELM VƏ TƏHSİL


Tələbələr “Nəsimi” filmindən iki epizodu ingilis dilində təqdim ediblər

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Universitetində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyat və xarici dillər kafedraları tərəfindən təşkil olunan tədbir Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən təşkil olunub.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova tədbir iştirakçılarına 2019-cu il ərzində ölkədə, ölkə hüdudlarından kənarda və Azərbaycan Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirlər haqqında məlumat verib, görkəmli şairin irsinin öyrənilməsi və təbliği ilə bağlı xeyli iş görüldüyünü diqqətə çatdırıb.

Kafedranın müəllimi Ülviyyə Əliyeva Nəsiminin ədəbi və fəlsəfi irsinin Azərbaycan xalqına məxsus böyük bir xəzinə olduğunu və bu xəzinənin sistemli şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova tədbirin ərsəyə gəlməsində əməyi keçən müəllim və tələbələrə təşəkkür edib.

Daha sonra filologiya və tarix ixtisasları üzrə təhsil alan tələbələr şairin qəzəllərini səsləndiriblər, tərcümə ixtisası üzrə təhsil alan tələbələr isə “Nəsimi” filmindən iki epizodu ingilis dilində təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.