REGİONLAR


Tələbələr “Nizami” filmini izləyiblər

Naxçıvan, 4 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” filminin nümayişi təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə tələbələrə film barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1982-ci ildə rejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılmış film dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Filmdə şairin obrazı, o illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapıb. Bu maraqlı ekran əsəri insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrlə zəngindir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməyib.

Filmdə əsas rollarda Müslüm Maqomayev, Həmidə Ömərova, Həsənağa Turabov, Ələddin Abbasov, Hacımurad Yegizarov, Şahmar Ələkbərov, Hamlet Xanızadə və başqaları çəkiliblər. “Nizami” filminin nümayişi maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.