ELM VƏ TƏHSİL
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın daxili təqaüd proqramı ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR-ın İnsan Resursları Departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları Vasif Cəfərov və Nəzrin Əfəndiyeva iştirak ediblər.
Təqaüd proqramının mahiyyəti haqqında danışan Vasif Cəfərov seçim meyarları, müraciət qaydaları və növbəti mərhələ barədə tələbələrə geniş məlumat verib. Proqramın tələbələrin təhsillərini uğurla davam etdirmələrində böyük stimul olacağını vurğulayan V.Cəfərov 2004-cü ildən bu günədək 1988 tələbəyə bu təqaüdün verildiyini bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.