ELM VƏ TƏHSİL


Tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçmələri ilə bağlı müzakirələr aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsində “Weir Oil and Gas” şirkətinin baş direktoru Altug Bilgic və insan resursları üzrə meneceri Nigar Əsədova ilə görüş olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb, ali məktəbin 100-dən çox müəssisə ilə əməkdaşlığı çərçivəsində tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi, gündəlik təcrübə proqramı və s. haqqında ətraflı məlumat verib.

Sonra tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçmələri, işə cəlb olunmaları, həmçinin laboratoriya və məşğələ dərslərinin müəssisələrdə təşkil edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün avadanlıqların istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.